Xəzər Xəbər

"Real" Zidanın yerinə məşqçi tapdı Danışıqlar başladı

İdman | 11:58 • 11 Yanvar 2018
"Real" Zidanın yerinə məşqçi tapdı

İspaniyanın "Real" klubu yeni baş məşqçinin axtarışlarına başlayıb.

"Report" "Soy Madridista" nəşrinə istinadən xəbər verir ki, bu posta əsas namizəd, hələ ki, Almaniya yığma komandasının baş məşqçisi Yoahim Lövdür.

Madrid klubunun rəhbərliyi artıq onunla danışıqlara başlayıb.

Nəşr iddia edir ki, "Real"ın prezidenti Florentino Peres Zinəddin Zidanın vəzifəsindən kənarlaşdırılması barədə artıq qərar qəbul edib və komandanın bu mövsüm necə çıxış etməsindən asılı olmayaraq, bu qərar dəyişməyəcək.

Xəbər lenti