Xəzər Xəbər

Messidən insanlığa YARAŞMAYAN HƏRƏKƏT - FOTO

İdman | 11:07 • 11 Yanvar 2018
Messidən insanlığa

"Barselona"da oynadığı müddətdə qaraciyər xərçənginə yoluxan Erik Abidal Messinin reaksiyasının onu üzdüyünü bildirib.

XəzərXəbər Goal.az-a istinadən xəbər verir ki, o, müalicə aldığı dönəmdə komandaya motivasiya vermək için bir neçə video göndərdiyini bildirib:

"Videoların bəzisində arıq düşsəm də, artıq vəziyyətim yaxşılaşırdı. Video göndərəndən sonra Messi mənə nə söylədi bilirsiniz? "Bir daha belə videolar göndərmə, bizə mənfi təsir edir". Halbuki mən onlara mübarizə aparanda hər şeyin öhdəsindən gəlmək olduğunu göstərmək istəmişdim. Bu cavabı məni çox üzmüşdü.

"Barselona"da 193 oyun keçirən Erik Abidal 2 qol müəllifi olub, 2 Avropa kuboku, 4 Çempionlar Liqası və 2 dəfə Kral kubokunu qazanıb.

Xəbər lenti