Xəzər Xəbər

Tərlan Əhmədov ispaniyalı hücumçudan imtina edib

İdman | 15:00 • 10 Yanvar 2018
Tərlan Əhmədov ispaniyalı hücumçudan imtina edib

"Neftçi” klubu ispan futbolçu Daniel Seqovia ilə əməkdaşlığa son qoymaq niyyətindədi. Apasport.az saytı xəbər verir ki, 33 yaşlı hücumçu ilə müqaviləsinə xitam verilməsi üçün danışıqlar davam etdirilir.

Baş məşqçi Tərlan Əhmədov çempionatın ikinci yarısında Seqovianın xidmətində maraqlı deyil. Təsadüfi deyil ki, Daniel "ağ-qaralar”ın məşqlərində iştirak etmir. Əsas heyətdən kənarlaşdırılan Seqovia əvəzedici heyətə göndərilib. Əməkdaşlığa son qoyulması üçün isə futbolçunun razılığını almaq lazımdı.

Qeyd edək ki, qış fasiləsində Aqil Məmmədov, İlkin Qırtımov və Fərid Abbaslını heyətinə qatan "Neftçi” Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov, Tərzin Cahangirov, Edson Kastilyo və Uqo Barqasla yolları ayırıb.

Xəbər lenti