Xəzər Xəbər

Ronaldo ÇL-də ilkə imza atdı

İdman | 16:13 • 7 Dekabr 2017
Ronaldo ÇL-də ilkə imza atdı

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda "Borussiya” ilə qarşılaşan "Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb.

Portuqaliyalı hücumçu bunu matçda "kral klubu”nun ikinci qolunu vurmaqla bacarıb.

Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldo bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, hazırda hesab 2:2-dir.

Xəbər lenti