Xəzər Xəbər

Məsut Özil yenidən İspaniyada?

İdman | 14:22 • 14 Noyabr 2017
Məsut Özil yenidən İspaniyada?

"Atletiko" Məsut Özili transfer etmək istəyir. Bu barədə İngiltərənin "The Sun" nəşri məlumat yayıb.


Bildirilir ki, Madrid klubu gələn yay "Arsenal"la müqaviləsi başa çatacaq türk əsilli almaniyalı futbolçunun transferi üçün hərəkətə keçib. "Atletiko" baş məşqçisi Dieqo Simeonenin israrla istədiyi Məsutu qışda heyətinə qatmağa çalışacaq. Türk əsilli futbolçunun özünün də yenidən İspaniyada oynamaq istədiyi bildirilir.

Xəbər lenti