Xəzər Xəbər

Buffonun GÖZ YAŞLARI "Əlvida, İtaliya"

İdman | 10:08 • 14 Noyabr 2017
Buffonun GÖZ YAŞLARI

DÇ-2018-in final mərhələsinə düşə bilməyən İtaliya millisinin təcrübəli qolkiperi Canluici Buffon beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

İsveçlə oyundan (0:0) sonra müsahibə verərkən Cici göz yaşları içində millidən ayrıldığını deyib: "İtaliya millisini gənclərə həvalə edirəm. Perin və Donnarumma kimi gənc qapıçılar mənim yerimi layiqincə tutacaq. Sözsüz ki, İtaliya fubolunun gələcəyi işıqlıdır. Bartsalyi, Bonuççi, Kyellini və De Rossini bağrıma basıram. Onlarla 10 il bir yerdə oynamışıq"./publika.az

Xəbər lenti