Xəzər Xəbər

Ermənini məğlub edən azərbaycanlı çempion oldu

İdman | 15:07 • 13 Noyabr 2017
Ermənini məğlub edən azərbaycanlı çempion oldu

Kyokuşin karate üzrə Azərbaycan milli komandası noyabrın 11-da Polşanın Kielçe şəhərində keçirilən Avropa çempionatına yollanıb.


Modern.az-ın məlumatına görə, komandamız bu yarışdan 3 medalla geri qayıdır. 75 kq-da mübarizə aparan milli komandanın və Avropanın favorit idmançılarından sayılan Eltac Hümbətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına bir daha layiq görülüb.


Rəqiblərdən biri bir ay öncə "Qafqaz çempionatı”nda Eltac Hümbətova məğlub olmuş erməni idmançı olub. Erməni rəqib bu dəfə də eyni aqibətlə üzləşib.

Xəbər lenti