Xəzər Xəbər

"Çelsi"nin rekord transfer planı

İdman | 13:49 • 13 Noyabr 2017
"Çelsi"nin rekord transfer planı

"Çelsi" hücum xəttində rəqabəti artırmaq üçün transfer etməyə hazırlaşır.

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London təmsilçisi "İnter"in hücumçusu Mauro İkardini transfer hədəfinə alıb. "The Sun" nəşrində yayılan məlumata görə, "zadəganlar" bu keçid üçün 113 milyon avrosundan keçməyə hazırdır.

Məlumatda bildirilir ki, klubun baş məşqçisi Antonio Konte də bu keçidin baş tutmasını arzu edir. Lakin argentinalı forvardın "Çelsi"yə rədd cavab verəcəyi də ehtimallar arasındadır.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2013-cü ildən "İnter"də çıxış edir. İkardi bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub və 1 assist edib.

Xəbər lenti