Xəzər Xəbər

Çinin ən yaxşı futbol məşqçisi seçilib

İdman | 10:40 • 12 Noyabr 2017
Çinin ən yaxşı futbol məşqçisi seçilib

"Quançjou Everqrand" klubunun yeni məşqçisi Fabio Kannavaro Çində başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.

Xezerxeber.az məlumat verir ki, səsvermədə Draqan Stoykoviçi ("Quançjou Fuli") və Qreqorio Mansanonu ("Quyçjou Çjiçen) qabaqlayan Kannavaronun çalışdırdığı "Tyantszin Suntszyan" klubu ölkə çempionatını üçüncü pillədə başa vurub. O, mövsümün sonunda bu klubdan ayrılaraq karyerasını "Quançjou Everqrand"da davam etdirməyə başlayıb.

Xatırladaq ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Xəbər lenti