Xəzər Xəbər

"Yuventus"un qapıçısı idman naziri olacaq Seçkiqabağı vəd

İdman | 14:11 • 12 Oktyabr 2017
"Yuventus"un qapıçısı idman naziri olacaq

"Əgər "Rinascimento" partiyası seçimlərdə qalib gələrsə, Canluici Buffonu idman naziri təyin edəcəyik"

Bu sözləri "Rinascimento" partiyasının təmsilçisi, italiyalı siyasətçi və yazıçı Vittorio Sqabri deyib.

V.Sqabri bildirib ki, seçkilərdə qalib olsalar, Buffonu idman naziri təyin edəcəklər: "O, bu vəzifə üçün ən münasib namizəddir. "Yuventus" klubunun qapıçısı olmaqla yanaşı, o, incəsənət və siyasətlə də maraqlanır. Buffon bu təklifdən sonra mənə yazaraq, bu məsələdə marağı olduğunu da bildirib".

Buffon karyerasını Rusiyada keçirilən DÇ-2018-dən sonra bitirə bilər. İtaliyada növbəti parlament seçkiləri isə 2018-ci ildə keçiriləcək. Dəqiq gün və ay isə hələ təyin edilməyib./publika.az

Xəbər lenti