Xəzər Xəbər

Dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin iştirakçıları müəyyənləşib

İdman | 12:19 • 11 Oktyabr 2017
Dünya çempionatının Avropa zonası üzrə pley-off  mərhələsinin iştirakçıları müəyyənləşib

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində iştirak edəcək milli komandalar müəyyənləşib.

Avropa zonası üzrə seçmə mərhələnin sonuncu turundan sonra İsveç, İsveçrə və Yunanıstan pley-off mərhələsində iştirak hüququ qazanıblar.

Öz qrupunda ikinci olan 9 yığma komanda arasında ən zəif nəticə göstərən Slovakiya millisi isə növbəti mərhələyə yüksələ bilməyib.

Beləliklə, noyabrda keçiriləcək pley-off mərhələsində İtaliya, Danimarka, Şimali İrlandiya, İsveçrə, İsveç, İrlandiya, Xorvatiya və Yunanıstan yığmaları dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar.

Oktyabrın 17-də FIFA-nın açıqlayacağı yeni reytinq cədvəlinə əsasən komandalar əmsallarına görə, iki səbətə bölünəcəklər. Həmin gün isə pley-off mərhələsinin püşkü atılacaq.

Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab görüşləri isə 12-14-də keçiriləcək.

Xəbər lenti