Xəzər Xəbər

Matç zamanı futbolçunun ürəyi tutdu - oyun dayandı

İdman | 16:20 • 10 Oktyabr 2017
Matç zamanı futbolçunun ürəyi tutdu -

Futbol üzrə Fransa Kubokunun beşinci raundunun "Marli-la-Vil” və "Versal” komandaları arasında keçirilən oyunu 28-ci dəqiqədə oyunçulardan birinin ürək tutması səbəbindən dayandırılıb.


AZƏRTAC "Le Parisien” gündəlik qəzetinə istinadən xəbər verir ki, "Marli”nin müdafiəçisi 28 yaşlı İdriss meydanda yıxıldıqdan sonra hakim oyunu saxlayıb.


"Versal”ın məşqçisi Yusef Şibi deyib ki, oyunçu qazonun üzərinə oturub və əllərini sinəsində çarpazlayıb. Məşqçi bildirib: "O, nəfəs almağa çalışır, amma bunu edə bilmirdi”.


Təcili yardım həkimi və yanğınsöndürən tərəfindən zərərçəkənə 1 saat ərzində yerindəcə kömək göstərilib. Onlar defibrillyatordan və ürək masajından istifadə ediblər.


Daha sonra oyunçunu yanğın helikopterində Paris yaxınlığındakı bir xəstəxanaya çatdırıblar.

Xəbər lenti