Xəzər Xəbər

Eddi İsrafilov "Ximnastik"dən qovulur?

İdman | 15:05 • 10 Oktyabr 2017
Eddi İsrafilov "Ximnastik"dən qovulur?

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov "Ximnastik"dən ayrıla bilər.

Karyerası ərzində klublarını əlcək kimi dəyişən 25 yaşlı yarımmüdafiəçi yeni komandasında da özünə yer edə bilmir. "Ximnastik"ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən İsrafilovun xidmətində maraqlı deyil.

Bu yay "Kadis"dən ayrılaraq "Ximnastik"ə keçən futbolçu qışda klubundan ayrıla bilər. 3 illik imzalanılan müqavilənin bəndindəki şərtlərin birindəEddinin özünü yaxşı tərəfdən göstərə bilməyəcəyi təqdirdə müqaviləsinə xitam veriləcəyi qeyd edilib.

Qeyd edək ki, "Ximnastik" 7 turdan sonra Sequndada 5 xalla 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.

Xəbər lenti