Xəzər Xəbər

“Qızıl Top”un 29 yaşlı namizədi haqqında QƏRİBƏ FAKT - 10 İL SONRA

İdman | 14:51 • 10 Oktyabr 2017
“Qızıl Top”un 29 yaşlı namizədi haqqında

Bundesliqa komandalarından olan "Bayern Münhen”də forma geyinən 29 yaşlı Robert Levandovski təhsil aldığı universitetdən, nəhayət, bu il məzun olub.

Polşanın yığma komandasının hücumçusu Varşava Universitetinin bədən tərbiyəsi fakültəsini 10 ildən sonra bitirməyi bacarıb.

R.Levandovski mətbuata verdiyi açıqlamada sadəcə imatahanlarının yaxşı keçdiyini bildirib.

Onun hazırladığı diplom işi isə öz kariyerası ilə bağlı olub və " RL 9. Şöhrətə gedən yol” başlığını daşıyıb.

Qeyd edək ki, futbolçunun bu qədər gec məzun olmasına səbəb "Borussiya Dortmund” və "Bayern Münhen”də çıxış etməsindən dolayı dəfələrlə təhsilini dondurması olub./publika.az

Xəbər lenti