Məşhur menecer Mino Raiola İtaliya A Seriasında mübarizə aparan "Yuventus”un futbolçusu Paulo Dibala ilə bağlı açıqlamalar verib.
Donarumma, İbrahimoviç, Pol
Poqba, Mario Balotelli kimi futbolçuların meneceri olan Mino Raiola
argentinalı ulduz Paulo Dibalanın "Yuventus”dan ayrılacağını deyib:
"Məncə, Dibala "Yuventus”dan ayrılacaq. Bu yaşda komandaya belə liderlik etməsi asan deyil. Onu "Real” (Madrid), "Mançester Siti” və ya "Mançester Yunayted”də oynarkən izləyə bilərik”.
Xatırladaq ki, yayda adı tez-tez "Barselona” ilə hallanan 23 yaşlı hücumçunun "Yuventus”la 2022-ci ilə qədər müqaviləsi var.