Xəzər Xəbər

“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirildi

İdman | 14:27 • 11 Sentyabr 2017
“Real Madrid” - “Barselona” oyununun vaxtı dəyişdirildi

İspaniya La Liqasının XVII turu çərçivəsində keçiriləcək "Real Madrid” – "Barselona” oyununun vaxtı dəyişdirilib.

Bu barədə İspaniya Futbol Liqasının prezidenti Xavyer Tebas "Marca”ya bildirib. Onun sözlərinə görə, matç dekabrın 20-də deyil, 23-də baş tutacaq.

Dəyişiklik "Real Madrid”in müraciəti əsasında gerçəkləşib. "Kral klubu” 6 – 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərində klublarası dünya çempionatına qatılacağını əsas gətirərək, "El-Klasiko”nun ertələnməsini istəyib.

Qeyd edək ki, "Real Madrid” La Liqanın və Çempionlar Liqasının sonuncu qalibidir./report

Xəbər lenti