Xəzər Xəbər

"Barselona" tarnsfer bombasını qışda partladacaq 160 milyon avro

İdman | 13:44 • 10 Sentyabr 2017
"Barselona" tarnsfer bombasını qışda partladacaq

"Barselona" yayda heyətinə qata bilmədiyi Filip Koutinyodan əl çəkmir. Kataloniya klubu braziliyalı ulduzu qışda heyətinə qatacaq.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirir ki, yay fasiləsində "Liverpul"la transfer haqqında anlaşa bilməyən "Barselona" danışıqları davam etdirir. Kataloniya klubu qış fasiləsinədək transferi bitirmək niyyətindədi.

Qeyd edək ki, "Liverpul" braziliyalı futbolçuya görə yayda "Barselona"dan 200 milyon avro istəmişdi. Bu barədə Kataloniya klubunun idman direktoru Albert Soler açıqlama vermişdi: "Həftələrlə davam edən danışıqların yekununda "Liverpul" bizdən 200 milyon avro istədi. Klubu belə bir riskin altına sala bilməzdik".

Məlumata görə, "Barselona" bu transfer üçün "Liverpul"a 120 milyon avro təklif edib. Kataloniyalılar bu dəfə 160 milyon avroya transferi bitirmək niyyətindədi./fanat.az

Xəbər lenti