Xəzər Xəbər

"Barselona" braziliyalı ulduzun transferini bitirdi MƏBLƏĞ

İdman | 14:08 • 13 Avqust 2017
"Barselona" braziliyalı ulduzun transferini bitirdi

"Barselona" Paulinyonun transferini açıqlamaq üzrədi. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, "Barselona" artıq Çinin "Quanqzu Everqrande" klubu ilə anlaşıb. 25 milyonluq təklifi rədd edilən Kataloniya klubu bu dəfə 40 miyon avro təklif edilib və nəticədə anlaşma əldə olunub. Transferin yaxın günlərdə açıqlaması gözlənilir.

Qeyd edək ki, Paulinyo 2015-ci ilin yayında "Tottenhem"dən "Quanqzu Everqrande"yə 14 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 29 yaşlı yarımmüdafiəçiyə 15 milyon avro qiymət qoyub./fanat.az

Xəbər lenti