Xəzər Xəbər

"Borussiya" ulduz futbolçusunu məşqdən qovdu

İdman | 15:17 • 12 Avqust 2017
"Borussiya" ulduz futbolçusunu məşqdən qovdu

Dortmund "Borussiya"sının hücumçusu Usman Dembele məşqə buraxılmayıb.

Buna səbəb futbolçunun avqustun 10-da keçirilən məşğələni buraxması olub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 20 yaşlı Dembele avqustun 10-da məşqə və məşğələyə gəlməmiş, onunla telefon əlaqəsi saxlamaq da mümkün olmamışdı. Mətbuat futbolçunun bu hərəkətini "Barselona"nın ona maraq göstərməsi ilə əlaqələndirir.

"Barsa" futbolçu üçün təklif göndərsə də, "Borussiya" onu satmaqdan imtina etmişdi. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, futbolçu komandanın yaxın zamanlarda keçirəcəyi oyunlarda da iştirak etməyəcək.

Xəbər lenti

Çox oxunanlar