Xəzər Xəbər

"Qalatasaray"dan Arda Turana fantastik təklif

İdman | 14:23 • 12 Avqust 2017
"Qalatasaray"dan Arda Turana fantastik təklif

"Qalatasaray" Arda Turanın transfer hüququnu almaq istəyir. Bu barədə İspaniyanın məşhur "El Mundo Deportivo" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, "Qalatasaray" "Barselona"ya 10 milyon avro təklif edib. Kataloniyalılar əvvəlcə 30 milyon avro istəsə də, sonradan məbləği 20 milyona salıb. Yetirməsini nəyin bahasına olursa-olsun geri qaytarmaq istəyən "Qalatasaray"ın danışıqları davam etdirdiyi və məbləği mümkün qədər aşağı salmağa çalışdığı deyilir./fanat.az

Xəbər lenti