Xəzər Xəbər

"Barselona" "Real"ın ulduzunu transfer edir 80 milyona

İdman | 12:19 • 12 Avqust 2017
"Barselona" "Real"ın ulduzunu transfer edir

"Barselona" "Real"ın futbolçusunu transfer edir. Bu iddia ilə "Diario Gol" çıxış edib.

Sayt iddia edir ki, Kataloniya klubu əzəli rəqibindən Marko Asensionu heyətinə qatmağa hazırlaşır. Məlumata görə, "Barselona" futbolçunun müqaviləsindəki 80 milyon avroluq təzminat maddəsindən yararlanacaq və bu məbləği ödəyərək onu heyətinə qatacaq.

Qeyd edək ki, "Real" Asensionu 2015-ci ildə "Malyorka"dan 3,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" 21 yaşlı forvarda 20 milyon avro qiymət qoyub./fanat.az

Xəbər lenti