Çempionlar Liqasının pley-off
mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" –
"Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxıb.
XəzərXəbər Ağdam
klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşlər
biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə
edə bilər.
Qeyd edək ki, "Qarabağ" – "Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN
6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN
9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN
11, 12 və 17, 18 nömrəli sektorlar - 5AZN
13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN
VİP - 50 AZN