"Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.
Bunu
AzVision.az-a eksklüziv açıqlamasında Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.
Türkiyəni təmsil edən atlet "Azərbaycana qayıtmaq istərdinizmi?” sualına "Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.
"Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox
sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim.
Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam.
Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki
dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”
Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev
Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını
qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.