Xəzər Xəbər

TFF-dən yeni qərar: Super Liqanın formatı dəyişir

İdman | 16:05 • 10 Avqust 2017
TFF-dən yeni qərar:

Türkiyə Futbol Federasiyası Super Liqada bəzi dəyişikliyə imza atıb.

TFF-nin yeni qərarı ilə bundan sonra elita klubları oyunlar zamanı iştirak ərizələrinə 18-21 futbolçu daxil edə biləcəklər. Hansısa komandanın iştirak ərizəsi 18 futbolçudan ibarət olsa, biri qapıçı olmaqla ən azı 7 futbolçunun Türkiyə millisində oynamaq hüququna malik olması şərtdir. İştirak ərizəsi 19 nəfərdən ibarət olacağı təqdirdə Türkiyə vətəndaşlığına malik oyunçuların minimum sayı 8 olmalıdır. 20 və ya 21 futbolçudan ibarət siyahı ilə oyuna çıxacaq komandalar isə bu say 9-a çatacaq

Bundan başqa, oyunun gedişində eyni vaxtda isinmə hərəkətləri yerinə yetirəcək oyunçu sayı 5-ə qaldırılıb.

Xəbər lenti