Xəzər Xəbər

"Zenit"in futbolçusu "Fənərbaxça"ya transfer oldu

İdman | 12:19 • 10 Avqust 2017
"Zenit"in futbolçusu "Fənərbaxça"ya transfer oldu
"Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.

İstanbul təmsilçisi "Zenit”in yarımmüdafiəçisi Julianonu rənglərinə bağlayıb. 27 yaşlı futbolçu cümə günü Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Məlumatı "beİN Sports" yayıb. Transfer detalları isə açıqlanmayıb.

Qeyd edək ki, braziliyalı futbolçu "Zenit"ə 2016-cı ildə "Qremio"dan transfer edilmişdi.

Xəbər lenti