"Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.
İstanbul təmsilçisi
"Vilyarreal”ın hücumçusu Roberto Soldadonu rənglərinə bağlayıb. 32 yaşlı
forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə
imzalayacaq. Bu keçid üçün"Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon
avro təzminat ödəyib.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm zədə səbəbindən 6 ay yaşıl meydanlardan uzaq qalıb.